25 Yanvar 2021 04:52

İrəvan 26 sentyabrda Bakıya “dosye” vermək istəyib… – Şok

Ermənistanın Vahid Ermənistan Partiyasının təsisçisi Artur Qazinyan sensasion iddia səsləndirib.

Axar.az ermənidilli saytlara istinadən xəbər verir ki, Qazinyan müharibədən bir gün öncə – 26 sentyabrda Ermənistan hakimiyyətinin bəzi dairələri vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarına müəyyən məlumatlar ötürmək niyyətində olduğunu bildirib.

“Bu məxfi məlumatlar Azərbaycandakı “krısalarla” (casus –red.) bağlı idi. İrəvan Bakıya bu məlumatları ötürərək Azərbaycanda siyasi stabilliyi pozmaq fikrində idi. Amma bu, məlum olmayan, bizim üçün qaranlıq qalan səbəblərə görə baş tutmadı. Azərbaycanda nəsə baş verdi və səhərisi müharibə başladı”, – deyə o qeyd edib.

Qazinyanın sözlərinə əsasən, İrəvanın bu cəhdi də iflasa uğrayıb:

“Nəticədə müharibə Ermənistanın biabırçı kapitulyasiyası ilə başa çatdı”.

Paylaş: