22 Yanvar 2021 00:04

Putindən KTMT-yə çağırış: Paşinyanı dəstəkləyin!

Bu gün Ermənistan Baş naziri və onun komandasını Qarabağda atəşkəsin icrası üçün dəstəkləmək lazımdır.

Turkustan.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi və şəxsən hökumət başçısı çətin, amma Ermənistan xalqı üçün vacib qərar verib.

Putin Paşinyanın böyük cəsarət göstərərək, bu qərarı verdiyini bildirib:

“Bu, aydın şeydir və bu iclasda iştirak edənlərdən hər biri bu cür qərarların qəbulu zamanı məsuliyyət səviyyəsini anlayır. Paşinyan bu məsuliyyəti üzərinə götürdü”. (axar.az)

Paylaş: