20 Yanvar 2021 04:31

Hospitallarda nə qədər yaralı əsgərimiz var? – Nazirlik AÇIQLADI

Vətən Müharibəsində yaralanmış 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi hazırda davam edir.

Turkustan.info xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaq.

“Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir”, – rəsmi məlumatda qeyd olunub.

Qeyd edək ki, Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür.

Paylaş: