25 Yanvar 2021 14:47

Alimlər koronavirusun müalicəsi üçün effektiv preparatın adını açıqladı

Amerikalı alimlər koronavirusa qarşı olan “Molnupiravir” preparatının effektiv olmasını açıqlayıblar.

Hətta virusun 24 saat ərzində digərlərini yoluxdurmaq qabiliyyətinin məhv edilməsini vurğulayıblar.

Turkustan.info xəbər verir ki, bu barədə “Nature Microbiology” jurnalı məqalə dərc edib.

Məlumata görə, tədqiqatçılar adıçəkilən preparatın əvvəlcə qrip xəstəliyində effektiv olduğunu müşahidə ediblər.

Sonra isə koronavirusun ilkin mərhələsində yaxşı effekt verdiyini öyrəniblər. Beləliklə, alimlər bu qərara gəliblər ki, bu preparat koronavirusun ağır formaya keçidinin qarşısını alır.

Alimlər bu tədqiqatı gəmiricilər üzərində də apardıqdan sonra preparatın effektivliyinə tam əmin olublar.    /Cebhe.info/

Paylaş: