25 Yanvar 2021 14:08

Bakı buxtasındakı gəmilər səs siqnalı ilə şəhidlərin xatirəsini yad etdi – VİDEO

Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinin azad edilməsi zamanı həlak olmuş
şəhidlərimizə ehtiram göstərilməsi məqsədilə bu gün Dövlət Dəniz Agentliyində Dövlət bayrağı yarıya qədər endirilib.

Turkustan.info xəbər verir ki, şəhidlərin əziz xatirəsi Agentliyin kollektivi tərəfindən sayğı duruşu ilə anılıb.

Saat 12:00 – da Bakı buxtasındakı gəmilər, fasiləsiz səs siqnalı ilə şəhidlərin xatirəsini yad edib.

/BakuPost/

Paylaş: