21 Yanvar 2021 23:50

Deputatdan Türkiyə sülhməramlıları ilə bağlı qəribə açıqlama – VİDEO

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiyanın “NTV” kanalına Rusiya-Türkiyə sülhməramlıları ilə bağlı müsahibə verib.

Turkustan.info “Mediapost”a istinadla xəbər verir ki, Rasim Musabəyovun müsahibəsi sosial şəbəkələrdə söz-söhbətə səbəb olub. O, müsahibəsində türk ordusunun bölgəyə gəlib Azərbaycan və Ermənistan arasında qalmasının mənası olmadığını bildirib: “Türk ordusu ermənilərə təhlükəsizlik hissindən daha çox bunun əksini yaşadır”.

Məsələ ilə bağlı haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev facebook səhifəsində bu sözləri yazıb:

“Deputat Rasim Musabəyov Türk qoşunlarının Azərbaycanda sülhməramlı əməliyyatlarda iştirakının əleyhinə çıxdı. Çox yaramaz adamdır, həmişə yazıb demişəm”.

Rasim Musabəyov deyilən tənqidlərə belə münasibət bildirib:

“Məndən əl çəkin. Heç özüm o müsahibəni görməmişəm, oxumamışam. Belə boş-boş məsələlərə görə məni narahat etməyin”.

Qeyd edək ki, Rasim Musabəyov Azərbaycan – Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəridir.

Paylaş: