20 Yanvar 2021 03:43

Ermənistanın gizli planları – Şok detallar

10 noyabrda imzalanan Bəyannamədən sonra Ermənistan tərəfi hər vəchlə Azərbaycan sakinlərini qıcıqlandırmağa çalışır. Bütün bunlar informasiya terroru vasitəsilə həyata keçirilir. Əsas plan belədir ki, Azərbaycan cəmiyyəti qazanılan zəfərə şübhə ilə yanaşsın. Nəticədə hakimiyyətə inamsızlıq yaradılsın, ölkədə xaotik vəziyyət hökm sürsün. Nəticədə fürsətdən istifadə edilərək azərbaycanın azad etdiyi torpaqlar yenidən geri qaytarılsın. Təsadüfi deyil ki, Ermənistanın politoloqları 44 günlük müharibə ərzində dəfələrlə müsahibə verərək gizlətməyiblər ki, 1990-cı illərin əvvəlində məhz Azərbaycandakı xaosdan istifadə edərək torpaqlar işğal etməyi bacarıblar. Bəs, qarşı tərəfin indiki planlar nədən ibarətdir?

Ermənistan rəhbərliyinin Ermənistan cəmiyyətini sakitləşdirmək üçün işlətdiyi hiylə ifadələri:

1. Qarabağdakı ermənilərə rus pasportları veriləcək.

2. Oranın icra rəhbərlərini biz seçəcəyik və hamısı erməni millətindən olacaq.

3. Ermənistan 20 000 azərbaycanlını məhv edib.

4. Tezliklə Fransa sülhməramlıları da bölgəyə gələcək.

5. Qarabağda Ermənistanın institut və universitetlərinin filialları açılacaq.

6. Biz Azərbaycana yox, Türkiyə, İsrail və Pakistana uduzmuşuq.

7. Şuşanı Ermənistan hakimiyyəti yox, Qarabağın yerli erməniləri satıb.

8. Tezliklə Ermənistan ordusunu müasir silahlarla təchiz edəcək və bu məğlubiyyətin əvəzini çıxacağıq.

9. Bir il ərzində ABŞ və Fransanın köməkliyi ilə Qarabağdakı ermənilərə status veriləcək. Siz yalnız səbrli olun.

Ermənistanın gizli tapşırıqları:

1. Rusiyadakı erməni dostlarımız, xüsusilə Aram Qabrelyanovun maliyyələşdirdiyi saytlar və Telegram kanalları, o cümlədən milyonçular Karapetov, Samsuyan, Vartanyan, “Kommersant” nəşrlər evindəki bəzi dostlarımız vasitəsilə Azərbaycan sakinlərini qıcıqlandıran və qalibiyyəti şübhə altına alan materiallar dərc erdirmək, videolar yaymaq.

2. Azərbaycan dilini bilən ermənilər vasitəsilə fake profillər yaradib facebook-un Azərbaycan seqmentinə daxil olmaq.

3. Ermənistanın Nikol Paşinyana yaxınlığı ilə seçilən politoloqları Xankəndi, Agdərə və Xocavənd rayonlarının əbədilik Azərbaycandan alındığı barədə təəssürat formalaşdırıb müsahibələr vermək.

10 noyabr tarixindən 1 dekabra qədər yalan çıxan fake xəbərlər:

1. “Qarabağda keçmiş separatçı rejim, onun bayraq ve gerbi qalacaq”. (Separatçı rejimin bayraq və gerbi ləğv edildi).

2. “Kəlbəcərin 20 kəndi ermənilərə qaldı, Zod qızıl mədəni Azərbaycana verilmədi”. (Azərbaycan ordusu Kəlbəcərin bütün ərazisinə nəzarət edir, Zod qızıl mədəninin üzərində Azərbaycan bayrağı dalğalandı).

3. “Laçının mərkəzinə azərbaycanlılar və Azərbaycan ordusu daxil olmayacaq”. (Azərbaycan ordusu Laçının mərkəzində Azərbaycan bayrağı dalğalandırdı, azərbaycanlılar isə ora 3 il müddətinə köçəcək).

Bütün bunlar sadə azərbaycanlının şübhələrini artırmağa yönəlib. Hərdən buna nail olurlar. Əksər hallarda isə belə gizli planlar alınmır.  (yenisabah.az)

Paylaş: