17 Yanvar 2021 16:17

“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır” – Səfir Qross

“Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”.

Turkustan.info xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross “Twitter” hesabında yazıb.

“Düşünürəm ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır”, – deyə səfir bildirib.

Qeyd edək ki, Fransa Senatı, onun ardınca isə Fransa Milli Məclisi “Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının zəruriliyinə dair” qətnamə qəbul edib.

Paylaş: