25 Yanvar 2021 15:15

“Fransanın ermənilərdən xoşu gəlirsə, Marseli onlara versin” – Ərdoğan

“Əgər Fransanın ermənilərdən xoşu gəlirsə, Marseli onlara versin, Qarabağ Azərbaycan torpağıdır”.

Turkustan.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Fransanın bir vasitəçi kimi Minsk qrupundakı simasını itirdi. Niyə? Siz vasitəçisiniz. Makron Fransa üçün problemdir. Fransa çox təhlükəli bir dövrü yaşayır. Arzum budur ki, Fransa Makron bəlasından bir an əvvəl canını qurtarsın. Əks təqdirdə, “sarı jiletlilər”dən qurtula bilməyəcək. Daha sonra “sarı jiletlilər “qırmızı jiletlilər”ə çevrilə bilər. Belə bir çətinliklə qarşılaşıblar.

Nazirlər arasında da mənfi qərarlar verənlər var. Əziz qardaşım Əliyevin fransızlara bir tövsiyəsi var idi. Dedi, “Əgər erməniləri bu qədər sevirlərsə, Marseli ermənilərə versinlər”. Eyni məsləhətləri verirəm. Qarabağ azərbaycanlı qardaşlarımızın torpağıdır. Bu yerlər 28 ildir işğal altındadır. ABŞ da, Rusiya da bunu qəbul edir. Fransa da bunu qəbul etdi. Azəri qardaşlarımız göbəklərini özləri kəsdilər. Uğurlar deyirik. Çərşənbə axşamı, imkanım olsa, həyat yoldaşımla birlikdə orada keçiriləcək mərasimə qatılacağam”, – Ərdoğan bildirib. (teleqraf.com)

Paylaş: