27 Yanvar 2021 17:10

Hamımız korona olacağıq, sonra…

Dünya ölkələrində olduğu kimi Azərbaycanda da koronavirusa yoluxanların sayı fəlakət həddinə çatıb. Bu səbəbdən koronavirusla bağlı test yoxlanışından keçmək istəyənlərin də sayı xeyli artıb.

Qeyd edək ki, ölkəmizdə koronavirus xəstəsinin ailə üzvləri və onunla əlaqədə olan digər şəxslər dövlətimiz tərəfindən pulsuz olaraq testdən keçirilir. Lakin özündə olan simptomlardan şübhələnərək öz şəxsi istəyi ilə testdən keçmək istəyənlər müəyyən özəl klinikalara müraciət edə bilir.

Beləliklə, hazırda Bakıda özəl klinikalarda koronavirus testlərini əldə etmək mümkündür. Özəl klinikalarda da virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Lakin testin qiyməti hər kəs üçün əlçatımlı deyil. Belə ki, burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 100-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Qan analizinin nəticəsi adətən gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır.   /yenisabah.az/

Paylaş: