25 Yanvar 2021 13:27

“İndi Qarabağda əsas kimdir?” sualına Kremldən cavab: “Yoxdur”

“Qarabağda əsas yoxdur. İki münaqişə edən tərəf, eləcə də Azərbaycan, Ermənistan, Rusiya rəhbərlərinin bəyanatı var. Rusiya tərəfi də öz fəaliyyətini tərəflərlə koordinasiya edir”.

 Turkustan.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov jurnalistlərin “İndi Qarabağda əsas kimdir və Rusiya sülhməramlıları fəaliyyətini kiminlə koordinasiya edir?” sualına cavabında bunları deyib: “Rusiya sülhməramlıları cəlb olunub, həmçinin humanitar missiya başlayıb. Onlar isə fəaliyyətlərini hər iki tərəflə də davam etdirirlər”.   /Cebhe.info/

Paylaş: