22 Yanvar 2021 01:09

Paşinyanı duelə çağırdılar

Ermənistan baş naziri Nikol Paşinyanı duelə çağırıblar.

Ermənistan KİV xəbərlərinə görə,  “Sisakan” könüllü hərbi birləşməsinin komandiri Aşot Minasyan Paşinyanı satqınlıqda ittiham edib.

“Mən onu duelə çağırıram. Yeri, vaxtı, silahı və ilk atəş haqqını ona verirəm”-deyə hərbi komandir deyib.

Aşot Minasyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasından sonra baş nazirə sui-qəsd cəhdi törətməkdə təqsirləndirilir. (modern.az)

Paylaş: