25 Yanvar 2021 04:59

Rasim Musabəyov: “Mən axı kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim…”

Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiya mətbuatına verdiyi müsahibə birmənalı qarşılanmayıb.

Sosial şəbəkələrdə çoxları deputatı Türkiyə sülhməramlılarının Qarabağa gəlməsi əleyhinə danışmaqda ittiham edib.

Turkustan.info-nun məlumatına görə, Modern.az mövzu ilə bağlı deputatla əlaqə saxlayıb.

Rasim Musabəyov saytımıza açıqlamasında müsahibənin 20 gün bundan əvvəl verildiyini bildirib:

“Mən axı kiməm ki, türk sülhməramlılarının Azərbaycana gəlib-gəlməməsinə hansısa mövqe bildirim… Rəsmi mövqe var. Rəsmi imzalanmış üçtərəfli bəyanat var. Orada hər şey göstərilib. Həmin sənəddə göstərilib ki, Türkiyə Monitorinq Mərkəzində Rusiya ilə birgə iştirak edəcək. Qarabağda ermənilərin yaşadığı məntəqələrə türk sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulmayıb. Bunu da demişəm”.

Deputat fikirlərinin yozulmasının ayrı məsələ olduğunu da qeyd edib:

“Bu, sadəcə olaraq Rasimin fikri deyil. Bu rəsmi imzalanmış sənədlərdən çıxarılan nəticədir. Bunu da Rusiya auiditoriyası üçün səsləndirmişəm. İndi kimlər bunu başa düşmək istəmirlərsə, bu ayrı məsələdir. Kimlərsə nəyisə yozmaq istəyirlərsə, bu da ayrı məsələdir. Vəssalam!”.

Paylaş: