20 Yanvar 2021 04:06

Rus jurnalistlər Türkiyədə saxlanıldı

Rusiyanın NTV telekanalının jurnalistləri Türkiyədə saxlanılıb.

Turkustan.info xəbər verir ki, bu barədə elə NTV məlumat yayıb.

Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıblar.

Onların hansı səbəbdən saxlanıldığı məlum deyil.

***

Türkiyə Xarici İşlər Nazirliyindən adı açıqlanmayan şəxs jurnalistlərin saxlanılma səbəbini açıqlayıb.

Məlumata görə, jurnalistlər İstanbulda rayonlardan birində “Baykar Savunma” döyüş PUA-larını videolentə alırmış.     /axar.az/

Paylaş: