17 Yanvar 2021 16:04

Türk ordusu şəhidin qisasını aldı: 17 terrorçu məhv edildi

Türkiyə ordusu “Zeytun budağı” əməliyyat bölgəsində terrorçulara qarşı əməliyyat keçirib.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gün bölgəyə edilən xain hücum nəticəsində Türkiyə ordusunun hərbçisi Məhməd Altun şəhid oldu. Bu hücumdan sonra türk kommandosları bölgədə əməliyyatlara başladı. Əməliyyat çərçivəsində PKK/YPG-nin 17 terrorçusu məhv edildi. Bununla şəhidimizin qanını yerdə qoymadıq”, – məlumatda bildirilib.  /axar.az/

Paylaş: