20 Yanvar 2021 23:34

Ərdoğandan Fransaya sərt reaksiya: “Qərar fəlakətdir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sarıqamış-Qaraqurt-Xorasan yolunun açılış mərasimində çıxıb edib.

Turkustan.info xəbər verir ki, Ərdoğan mərasimə Vahdettin Köşkündən canlı yayım vasitəsilə iştirak edib.

Ərdoğan bildirib ki, Ermənilər Azərbaycan torpaqlarına hücuma keçəndə Türkiyə bütün imkanları ilə Azərbaycanın köməyinə qaçdı:

“Azərbaycanlı qardaşlarımızın mübarizəsi nəticəsində Qarabağ səmalarını ay və ulduz bəzəyir. Azərbaycan bayrağı Dağlıq Qarabağda qürurla dalğalanır. Naxçıvan ilə Azərbaycan arasında dəhlizin açılması ilə biz də qardaşlarımızla quru yollarına sahib olacağıq. Qarabağda qazanılan zəfər həm beynəlxalq hüquq, həm diplomatik, həm də savaş meydanında Azərbaycana anasının ağ südü kimi halal olsun. Azərbaycan heç bir ölkəyə hücum etməyib. Azərbaycan 30 ildir işğalda olan torpaqlarını azad edib”.

Ərdoğan qeyd edib ki, Fransanın verdiyi qərar isə fəlakətdir:

“Minsk qrupunun üzvünün Fransanın parlamentində qəbul etdiyi qərar isə fəlakətdir. Fransa erməniləri bu qədər çox sevirsə, öz torpaqlarından Marsilyayı onlara verə bilər”.     /Cebhe.info/

Paylaş: