20 Yanvar 2021 04:47

Dostunu qucaqlaması ilə hər kəsi duyğulandıran qazimiz: “Sağ olduğunu eşidəndə…” – VİDEO

Dünən sosial şəbəkələrdə dostunu qucaqlayan qazimiz hər kəsi duyğulandırıb.

Turkustan.info xəbər verir ki, “baku.tv” həmin qazimiz – Gəncə şəhər sakini Rauf Qəmbərovla yayılan görüntülər barədə söhbətləşib.

O bildirib ki, video çəkilməsindən xəbəri olmayıb. Döyüşlər başlayanda dostu İkinci Qarabağ Müharibəsinə qatılıb. Müharibə bitdikdən sonra isə ondan xəbər ala bilməyib. Bir müddət sonra isə dostunun sağ olduğunu eşidib:

“Biz bütöv bir xalq olmuşuq. Qarabağ döyüşləri də bunu bir daha sübut etdi. Hədəf qələbə idi və Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi və xalqımızın dəstəyi ilə böyük qələbəyə nail oldu”.

Qeyd edək ki, Rauf Qəmbərov Birinci Qarabağ Müharibəsində Tərtər istiqamətində gedən döyüşlərdə minaya düşüb. İki gözünü, bir ayağını, qolunu və böyrəyini itirib.

/Modern.az/

Paylaş: