20 Yanvar 2021 04:50

Millət vəkilləri TBMM-nin 100 illiyinə həsr olunmuş simpoziuma qatılacaqlar

Beynəlxalq Türk Akademiyası tərəfindən Türkiyə Böyük Millət Məclisinin (TBMM) 100 illiyinə həsr olunmuş tədbirlər silsiləsinə start verilib.
Bu gün Başkan Prof. Dr. Mustafa Şentop, TBMM-də düzənlənən, “Türkiyə Böyük Millət Məclisinin 100-cü ilində Milli Egemenlik ve Temsil” adlı beynəlxalq simpoziyumun açılışını edib. Simpozium öz işini növbəti günlərdə on-line rejimdə davam etdirəcək və dünyanın bir çox ölkələrindən Türkiyə parlamentinin 100 illiyinə həsr olunmuş mövzular ətrafında məruzələr və çıxışlar ediləcək.
Elmi simpoziuma həmçinin Azərbaycan Milli Məclisinin deputatları –İsa Həbibbəyli, Cavanşir Feyziyev və Qənirə Paşayevanın da qatılacağı gözlənilir.

Paylaş: