17 Yanvar 2021 16:37

Özünə ad günü keçirən model cərimələndi – VİDEO

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

Turkustan.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nərimanov RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı model Raziyyət Əliyeva, onun 3 rəfiqəsi və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər. Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur.

/Cebhe.info/

Paylaş: