18 Yanvar 2021 09:02

Paşinyanın sonu: 3 gün vaxt verildi

Ermənistan müxalifəti Nikol Paşinyana istefaya getmək üçün 3 gün vaxt verib.

Turkustan.info xəbər verir ki, bunu “Daşnaksutyun”un rəsmisi İşxan Saqatelyan bu gün Paşinyanın iqamətgahı qarşısında keçirilən mitinqdə deyib.

O bildirib ki, Paşinyan istefa verməlidir:

“8 dekabr, saat 12:00-a qədər vaxt veririk ki, Nikol Paşinyan öz komandası ilə bu məsələni müzakirə etsin və istefaya getsin. Əks təqdirdə Ermənistanın bütün ərazisidə vətəndaş itaətsizliyi aksiyalarına başlanacaq”. (teleqraf.com)

Paylaş: