18 Yanvar 2021 08:33

Rusiya Müdafiə Nazirliyinin Qarabağla bağlı QAYNAR XƏTTİ

Qarabağ müharibəsində itkin düşənlərin axtarışı ilə bağlı bu gün açılan qaynar xəttə artıq 200-dən çox müraciət daxil olub.

Turkustan.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Qarabağda itkin düşənlərin axtarışı ilə bağlı yaratdığı qaynar xətt haqda açıqlamasında deyilir.

Qeyd edilib ki, Rusiya sülhməramlıları və Beynəlxalq Qırmızı Xaç Komitəsinin birgə əməkdaşlığı ilə ölənlərin meyitlərinin axtarışı və çatdırılması prosesi davam edir.   /konkret.az/

Paylaş: