20 Yanvar 2021 05:01

Türkiyənin də yer aldığı NATO hansı gücə malikdir? – Maraqlı detallar

NATO(Şimali Atlantika Müqaviləsi Təşkilatı) Şimali Amerika və Avropadan 30 üzv ölkədən təşkil olunan dövlətlər arası bir ittifaqdır. 4 Aprel 1949-cu ildə Şimali Atlantika Müqaviləsinin imazalanması ilə qurulub.

30 üzv ölkənin ikisi Şimali Amerikada (ABŞ və Kanada), iyirmi səkkizi isə Avropada yerləşir. İslandiyadan başqa qalanların ordusu vardır. NATO üzvü üç ölkə (ABŞ, Böyük Britaniya və Fransa) nüvə silahına sahibdir. Əvvəllər 12 ölkənin yaratdığı birliyə 2004-cü il aprel ayından bugünə qədər 11 ölkə üzv olub.

Yaradanlar;

Belçika

 Kanada

 Danimarka

 Fransa

 İtaliya

 Lüksemburq

 Niderland

 Norveç

 Portuqaliya

 Böyük Britaniya

 Amerika Birləşmiş Ştatları

 

Maraqlı məlumat:

Danimarkanın NATO üzvlüyü Faroe Adaları və Greenland əhatə edir.

Fransa, NATO-nun hərbi qanadından 1966-cı ildə çəkildi; 3 Aprel 2009-cu ildə geri döndü.

İslandiya, ordusu olmayan tək NATO üzvüdür.

 

İlk qoşulanlar:

Türkiyə və Yunanıstan (18 Fevral 1952-ci il)

Yunanıstan, 1974 Kipr Böhranından sonra NATO-nun hərbi qanadından çəkildi; 1980-ci ildə geri döndü.

 

İkinci qoşulanlar:

Almaniya (9 May 1955) Qərbi Almaniya olaraq qatıldı; Saarland 1957-ci ildə, Berlinin bölgələri və Şərqi Almaniya isə 3 oktyabr 1990-cı ildə ölkəyə qatıldı. Şərqi Almaniya 1956-1990 arasında rəqib Varşava Paktına üzv idi.

 

Üçüncü

İspaniya  30 May 1982

 

Dördüncü

 Çexiya

 Macarıstan

 Polşa

12 Mart 1999

 

Beşinci :  29 Mart 2004 -ci il tarixində

 Bolqarıstan

 Estoniya

 Latviya

 Litva

 Rumıniya

 Slovakiya

 Sloveniya

 

Altıncı

Albaniya

 Xorvatiya  1 Aprel 2009

 

Yeddinci

Monteneqro  5 İyun 2017

 

Səkkizinci

27 Mart 2020  Şimali Makedoniya

/Oxu24/

Paylaş: