19 Yanvar 2021 05:42

SON DƏQİQƏ! Azərbaycanda hərbi vəziyyət ləğv olunur

Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında  Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına  baxılacaq.

Bu barədə Turkustan.info-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ayın 11-də keçiriləcək plenar iclasın gündəliyinə  hərbi vəziyyətlə bağlı məsələ daxildir.

İclasda bununla yanaşı, Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ də müzakirə olunacaq.

Plenar iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında,

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında,

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə,

“Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə,

Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında,

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında,

Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi barədə,

“Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Paylaş: