26 Yanvar 2021 00:58

Ərdoğanın Bakı səfərinin TƏFƏRRÜATLARI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da Azərbaycana səfər edəcək.

Türkiyə mətbuatı xəbər verir ki, bu səfər iki gün davam edəcək. Səfər çərçivəsində R.T.Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında vəziyyət və Qarabağdakı son hadisələr müzakirə olunacaq.

Bundan başqa, liderlər atəşkəsə nəzarət üçün Türkiyə-Rusiya birgə monitorinq mərkəzi ilə bağlı vəziyyət müzakirə mövzusu olacaq.
Ərdoğanın Bakının Azadlıq mçeydanında keçiriləcək Zəfər paradında da iştirak edəcəyi gözlənilir.
Bu, prezidentlərin atəşkəs bərqərar olunduqdan sonra ilk görüşü olacaq.

(modern.az)

Paylaş: