25 Yanvar 2021 23:43

Ərdoğan Bakıdadır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başlayıb.

Turkustan.info xəbər verir ki, qardaş ölkənin dövlət başçısını gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.
R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və bu ölkənin Bakıda fəaliyyət göstərən diplomatları qarşılayıb.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana iki günlük səfərə gəlib.

Turkustan.info xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Göyərtəsində qardaş ölkənin dövlətinin başçısının olduğu təyyarə Türkiyə vaxtı ilə 13.50-də Ankaradan Bakıya doğru uçub.

Esenboga Beynəlxalq Hava Limanında Ərdoğanı Bakıya vitse-prezident Fuat Oktay, Ankara valisi Vasip Şahin və Ankara Bələdiyyəsinin sədri Mansur Yavaş yola salıb.
Səfər zamanı Türkiyə dövlət başçısını həyat yoldaşı Əminə Ərdoğan, Xarici İşlər naziri Mövlud Çavuşoğlu müşayiət edir.
Türkiyə Prezidenti dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Zəfər paradını izləyəcək.
Ərdoğanın səfəri tarixi torpaqları uzunmüddətli erməni işğalından azad etmək məqsədi ilə 27 sentyabrda başlayan Vətən müharibəsində Azərbaycanın qələbəsinə təsadüf edir.

Səfər zamanı dünya ictimaiyyətini müasir Azərbaycan həqiqətləri barədə daha yaxşı məlumatlandırmaq üçün birgə addımlar barədə müzakirələr aparılacaq. Danışıqların gündəliyinə regional və beynəlxalq məsələlər də daxildir.

İki qardaş ölkə arasında əməkdaşlığın inkişafına kömək edəcək ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Paylaş: