25 Yanvar 2021 23:53

Prezidentdən qondarma “DQR”i tanımaq istəyən ölkələrə XƏBƏRDARLIQ

Dağlıq Qarabağın tanınmasına gəldikdə isə, hamı bilir ki, hətta Ermənistan həmin qanunsuz strukturu tanımayıb. Buna görə, əgər hansısa ölkə Dağlıq Qarabağı tanımaq istəyirsə, onlar öz ölkəsinin daxilində müəyyən addımlar atsınlar. Onlar öz ölkəsində müəyyən ərazini ayıra bilər və Azərbaycanda yox, öz ölkəsində ikinci erməni dövlətini yarada bilər.

Turkustan.info-nun məlumatına görə, bunu Prezident İlham Əliyev İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

“İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. Çünki təsəvvür edin, insanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi. Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər.

Bir sözlə, bu, bir daha göstərir ki, ölkələrimiz arasında dostluq və xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib. Biz, həmçinin sizin səfərinizi bunun yaxşı əlaməti kimi dəyərləndiririk. Əminəm ki, səfərinizin çox müsbət nəticəsi olacaq və biz bütün sahələrdə güclü əməkdaşlıq məqsədilə növbəti 5–10 il üçün gündəliyimizi lazımi şəkildə tərtib edəcəyik. Bir daha, Azərbaycana xoş gəlmisiniz”.

Paylaş: