19 Yanvar 2021 12:55

Prezident fərman imzaladı

“Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi 4 nəfərə çatdırılıb, həmçinin sədrin müavinlərinin sayı da bir nəfər artırılıb.

Qeyd edək ki, bu fərmanadək Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi üç nəfərdən – Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarət idi.

Paylaş: