27 Yanvar 2021 01:56

Paşinyan: “Türkiyə və Azərbaycanla əməkdaşlıq yollarını tapmalıyıq”

Dekabrın 11-də Hadrut istiqamətində yaranan gərginlik zamanı iki kənd – Xtsaberd və Khin Taherin Azərbaycan bölmələrinin nəzarətinə keçib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında deyib.

Paşinyan əlavə edib ki, Zəngilan və Qubadlı da bəzi ərazilərdə mübahisəli vəziyyət yaranıb: “Düzdür, həmin rayonların çox kiçik hissəsi bizim nəzarətimizdə qalıb. İndi orada yaşayanların təxliyyəsi, sərhədlərin müəyyən olunması kimi məsələlər açıq qalıb. Bunlar təcili həlli olunmalıdır”.

O, uzun-uzadı çıxışında ölkədəki etirazlara da münasibət bildirib. Deyib ki, Hadrutdakı dünənki gərginlikdən sonra müxalif liderlərinin bəziləri onunla əlaqə yaradıb: “Bu, yaxşıdır. Ki, gələcəkdə nə edəcəyimiz haqda ortaq qərarlar ala bilək”.

Paşinyan iclasda Türkiyə və Azərbaycanla əlaqələrin yaxşılaşdırılmasının vacibliyinə də toxunub: “Hər iki ölkə ilə əməkdaşlıq yollarını tapmaq üçün çalışmaq, əməkdaşlıq nöqtələri tapmaq lazımdır”.

Nikol Paşinyan onu da bildirib ki, xalq məhkəməsi qarşısında durmağa hazırdır, amma istefa verməyəcək.

 

Paylaş: