26 Yanvar 2021 00:06

Türkiyədən sanksiya qərarına reaksiya: “Əksinə, işimiz sürətlənəcək…”

Türkiyənin Müdafiə sənayesi naziri İsmayıl Dəmir ABŞ-ın sanksiya qərarına münasibət bildirib.

Turkustan.info xəbər verir ki, nazir bu qərarın Türkiyənin müdafiə sənayesinin işini axsatmayacağını, əksinə görülən işləri daha da sürətləndirəcəyini söyləyib.

“Bu qərarın münasibətlərimizə çox təsir etməyəcəyini gözləyirik. Bizim nöqteyi-nəzərimizdən daxili sənayenin inkişafı davam edəcək, bəlkə daha sürətli olacaq. Bu mənada, məlum qərar bir işarə fişəngi və xəbərdarlıq olacaq”, – Dəmir qeyd edib.

Əlavə edək ki, dünən ABŞ Xəzinə Nazirliyi Türkiyənin Müdafiə Sənayesi Nazirliyinə sanksiyaların tətbiq edildiyini açıqlayıb. Sanksiyaların Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri alması səbəbindən tətbiq olunduğu bildirilib. (teleqraf.com)

Paylaş: