19 Yanvar 2021 06:58

Ərdoğan: “Türkiyə hava hücumundan müdafiə sisteminin istehsalına başlayıb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niğde-Ankara avtomobil yolunun açılışında çıxışı zamanı deyib ki, Müdafiə sənayesinin inkişafı ilə bağlı sevindirici xəbərlərimiz var.

Bu barədə “Haber Global” məlumat verib.

“Müdafiə sənayemizdən yeni yaxşı xəbərlər alırıq. ASELSAN və ROKETSAN tərəfindən inkişaf etdirilən ilk yerli və milli hava hücumundan müdafiə raket sistemimiz HİSAR-A-nın son qəbul testi envanterə girmədən əvvəl həyata keçirilib”, – deyə Ərdoğan bildirib.

O qeyd edib ki, son testlər bir neçə ay gecikib, normal şərtlərdə xaricdən tədarük olunan hissəyə embarqo qoyulub.

“Yerli hissəni qısa müddətdə inkişaf etdirdik, raketlə birləşdirdik və qısa müddətdə nəticə əldə etdik”, – deyə o əlavə edib. (oxu.az)

Paylaş: