19 Yanvar 2021 11:40

Prezident Elman Abdullayevlə bağlı SƏRƏNCAM İMZALADI

Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Elman Telman oğlu Abdullayev Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında, Keniya Respublikasında, Cibuti Respublikasında və Ruanda Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda, Azərbaycan Respublikasının Afrika İttifaqı yanında və BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Paylaş: