19 Yanvar 2021 05:25

Türkiyə Qarabağa daha 136 hərbçi göndərdi – FOTO

Türkiyə Quru Qoşunlarının mina və əldə düzəldilən partlayıcı maddələri (EYP) təmizləyən Əldə Düzəldilən Partlayıcıları Təsbit və Məhv Edən (METİ) və Partlayıcı Maddələrin Aşkarlanması və Məhv edilməsi (PMKİ) qrupları na dəstək üçün daha 136 hərbçini Azərbaycana göndərib.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hər iki qrup Ermənistanın işğalından azad edilən bölgələrdə qardaş Azərbaycan Ordusuna dəstək verərək əraziləri minalardan təmizləyir.

Paylaş: