26 Yanvar 2021 01:01

Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında Qarabağla bağlı sualı cavablandırıb.

“RİA Novosti” xəbər verir ki, Putin cavabı zamanı Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu vurğulayıb.

“Beynəlxalq hüquq baxımından bütün bu ərazilər Azərbaycanın ayrılmaz hissəsidir. Bir daha təkrar edirəm ki, Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımayıb. Bu şərtləri nəzərə alaraq demək istəyirəm ki, beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ da Azərbaycan ərazisidir”, – deyə Rusiya prezidenti əlavə edib. (baku.ws)

Paylaş: