19 Yanvar 2021 05:53

Qarabağda rus zabiti partlayışda öldü – SON DƏQİQƏ

Rusiya ordusunun zabiti Şuşada həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şuşa şəhəri ərazisindəki yolun bir hissəsinin minalardan təmizlənməsi zamanı partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupunun bir zabiti ağır yaralanıb.
Hərbi qulluqçuya dərhal tibbi yardım göstərilsə də, xəstəxanaya aparılarkən zabit aldığı xəsarətlərdən ölüb.

Müdafiə Nazirliyi qeyd edib ki, hərbçinin ailəsinə hər cür lazımi kömək və dəstək göstəriləcək (Modern.az).

Paylaş: