17 Yanvar 2021 20:01

“Yenə zəifin yanında olacam“ – Turan efirə qayıdır

Tanınmış aparıcı Turan İbrahimov yenidən efirə qayıdacaq.

Turkustan.info xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında məlumat verib:

“Televiziyaya qayıtmaq qərarı verdim. Reytinq tarazlıqlarını dəyişəcəyimə ümid edirəm. Və həmişəki kimi, yenə də zəifin yanında olacam. Güclünün gücünün zəif rəqibdən qaynaqlandığını ortaya çıxaracağıma çox ümidliyəm. Allah utandırmasın…”

Xatırladaq ki, T.İbrahimov uzun müddət idi televiziyadan uzaqlaşmışdı.

“Yenə zəifin yanında olacam“  - Turan efirə qayıdır

Paylaş: