17 Yanvar 2021 20:20

Aygün Kazımova prezidentin ad gününə mahnı həsr etdi – VİDEO

Xalq artisti Aygün Kazımova “Vətən oğlu” adlı klipini izləyicilərin ixtiyarına verib.

Turkustan.info xəbər verir ki, müğənni sözləri Nəriman Abbaszadə, musiqisi Fərid Kərimliyə məxsus mahnını Prezident İlham Əliyevin ad gününə həsr edib.

Klipi Türkiyənin məşhur rejissoru Selim Akar lentə alıb. Kazımovanın obrazları üzərində dünyaca məşhur modelyer, həmyerlimiz Rüfət İsmayıl çalışıb.

Klip Xalq artistinin rəsmi “Youtube” kanalında yerləşdirilib. /Modern.az/

Paylaş: