25 Yanvar 2021 23:49

Prezident bu generalları TƏLTİF ETDİ

Dekabrın 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 12 min 523 hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Bu medala layiq görülən hərbi qulluqçuların 4-ü general-leytenant, 8-i general-mayordur.

Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant

Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant

Nağıyev Əfqan Vəli oğlu – general-leytenant

Vəliyev Kərim Tofiq oğlu – general-leytenant

Bağırov Ramin Sabir oğlu – general-mayor

Bərxudarov Mayis Şükür oğlu – general-mayor

Kərimov Anar Təvəkkül oğlu – general-mayor

Məhərrəmov Aqşin Ramiz oğlu – general-mayor

Rzayev Mübariz Balağa oğlu – general-mayor

Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor

Sultanov Ağamir Əzizxan oğlu – general-mayor

Tağıyev Rəsul Afiq oğlu – general-mayor

Paylaş: