23 Yanvar 2021 22:06

Ərdoğan Türk dövlətlərinin prezidentləri ilə danışdı: “Əməkdaşlığı gücləndirməliyik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk respublikalarının prezidentlərinə zəng edib.

Turkustan.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ərdoğan Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Quzey Kıbrıs Türk Cümhuriyyətinin liderlərini Yeni il münasibətilə təbrik edib.

Liderlər yeni ildə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək, regional məsələlərdə əməkdaşlığı gücləndirmək barədə razılaşıb.  /Axar.az/

Paylaş: