17 Yanvar 2021 20:23

Rəcəbov finalda: Azərbaycan-Ermənistan dueli

Blits şahmat üzrə “Airthings Masters” turnirində yarımfinal mərhələsi davam edir.

Turkustan.info xəbər verir ki, bu gün mərhələnin ikinci oyunları keçirilib. Xatırladaq ki, turnir onlayn formada keçirilir.

Ötən gün ilk oyunda rusiyalı qrossmeyster Daniil Dubova 3:1 hesabı ilə qalib gələn təmsilçimiz Teymur Rəcəbov bugünkü qarşılaşmada da qələbəyə sevinib.

Dörd partiyadan ibarət olan matçın ilk iki partiyasında Rəcəbov qələbə qazandığından son iki oyuna ehtiyac qalmayıb.

Bununla da rəqibini 2:0 hesabı ilə məğlub edən qrossmeysterimiz finala adlayıb.

Həlledici mərhələdə onun rəqibi fransalı Maksim Vaşe Laqrevə hər iki matçda qalib gələn (3:1, 2:1) Ermənistan şahmatçısı Levon Aronyan olacaq.

Qeyd edək ki, turnir yanvarın 3-də yekunlaşacaq.   /Yenisabah.az/

Paylaş: