2021-ci ilin “hekayəsini” yazacaq liderlər sırasında kimlərin adı var? – SİYAHI

2021-ci ilin “hekayəsini” yazacaq liderlər sırasında kimlərin adı var? – SİYAHI

İngiltərənin nüfuzlu “Qardian” qəzeti 2021-ci ilin “hekayəsini” yazacaq 12 liderin adını açıqlayıb.

Turkustan.info xəbər verir ki, 12 lider arasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Nəşr qeyd edir ki, Ərdoğanın liderliyi altında Türkiyə yeni ildə Liviya, Balkanlar və Qafqazda təsir gücünü daha da artıracaq.

Siyahıda adı keçən ABŞ-ın yeni lideri Co Baydenin 2021-ci ildə daha çox Türkiyəyə qarşı sərt siyasət yürüdəcəyi vurğulanıb.

Digər liderlər bunlardır: Fransa Prezidenti Emmanuel Makron, Şimali Koreya lideri Kim Çen İn, Suriya Prezidenti Bəşər Əsəd, İran Prezidenti Həsən Ruhani, Rusiya Prezidenti Vladimir Putin, BMT Baş katibi Antonio Quterreş, Çin sədri Si Szinpin, Braziliya Prezidenti Jair Bolsonaru, Almaniya kansleri Angela Merkel və Şotlandiya Baş naziri Nikola Sturgeon.  /Axar.az/

Paylaş:

Share