Dilqəm Əsgərovun ailəsində toy ÇALINACAQ

Dilqəm Əsgərovun ailəsində toy ÇALINACAQ

Altı ildən çox erməni girovluğunda saxlanılan və bu il dekabrın 14-də azad edilən Dilqəm Əsgərovun ailəsinə toy çalınacaq.

Bu barədə Modern.az-a Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

O, atasının girovluqda olduğu müddətdə evlərində toy məclisi etməyəciyini söyləmişdi. 

K.Əsgərov deyir ki, artıq atası evdədir və pandemiya ilə əlaqədar qadağalan aradan qalxandan sonra oğluna kiçik toy məclisi quracaq:

“Şükürlər olsun ki, atam evimizə qayıtdı. Mən atam girovluqda olduğu müddətdə evlənmək belə istəmirdim. Artıq atam yanımdadı. İnşallah, karantin bitsin, bu xəstəlik həyatımızdan çıxıb getsin, oğluma kiçik toy məclisi edəcəm. Başda da atam olacaq”.

Dilqəm Əsgərovun oğlu atasının adını daşıyır:

“Onu da demək istəyirəm ki, iki oğlum var. Böyük oğlum babasının adını, Dilqəm adını daşıyır”. 

 

Paylaş:

Share