19 Yanvar 2021 06:12

Su-57 və F-35: biri qartal, biri bayquşdur – Korotçenko

F-35 Su-57-nin rəqibi ola bilməz. Həm silah, həm də raket müharibəsi baxımından Su-57 F-35-dən üstündür. Biri qartal, biri bayquş kimidir.

Turkustan.info xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya mətbuatına açıqlamasında deyib.

O, Su-57-nin F-35-dən üstünlüyünü izah edib:

“F-22 və ya F-35, fərq etməz, Su-57-nin uzaqmənzilli raket və yaxın manevr döyüşlərində qalib gəlmək şansı daha yüksəkdir”, – o bildirib.  /Axar.az/

Paylaş: