Aqil Camal – İran hakimiyyəti repressiya siyasəti ilə öz kökünə balta vurur

Aqil Camal – İran hakimiyyəti repressiya siyasəti ilə öz kökünə balta vurur

Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlər artıb. Son 3 ayda müxtəlif bəhanələrlə onlarla güneyli milli mədəni fəal saxlanılıb, cərimələnib, barəsində həbs qərarı çıxarılıb. Molla rejimi 44 günlük Vətən savaşı zamanı Azərbaycana mənəvi dəstək vermiş, İranın işğalçı Ermənistana dəstəyinə mane olmağa çalışmış soydaşlarımıza qarşı daha amansızdır.

Bir sıra ekspertlər hesab edir ki, İran rejiminin bu hərəkəti bumeranq effekti verəcək, əksinə Güney Azərbaycanda Milli Hərəkatın vüsət almasına səbəb olacaq. Onsuz da Azərbaycan Respublikasının İranla sərhədlərdə yerləşən torpaqlarını işğalçılardan geri alması, Qarabağın azad edilməsi, 44 günlük müharibədə əldə edilən zəfər Güney Azərbaycanda milli oyanışa təkan verib.

Quzeydən ilhamlanan Güney Azərbaycan türkləri milli qurtuluşun çox da uzaqda olmadığına inanırlar.

“Ortaq Dəyərlər” İctimai Birliyin sədri, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal Cebhe.info-ya açıqlamasında şimalda baş verən proseslərin Arazın o tayında milli oyanışa stimul verdiyini bildirib. Onun fikrincə, Azərbaycan Respublikasının güclənməsi, düşmən üzərində Qarabağda zəfər çalması Güneydə də milli qürur hissini gücləndirib, toplumu milli ideyalar ətrafında birləşdirib:

“Quzey Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən 20 ildə İranda yaşayan Azərbaycan türklərinin milli və insani haqları, həmçinin, Güney Azərbaycan, Bütöv Azərbaycan məsələləri siyasi məzmun kəsb etməyə başladı. Əvvəlki dövrlərdə bu məsələlər ədəbiyyatda mövzu olurdusa, Quzey Azərbaycanda baş verən milli azadlıq hərəkatı və istiqlaliyyətin qazanması Güney Azərbaycan Milli Hərəkatını da doğurdu.

Milli Hərəkat milli oyanışda böyük rol oynasa da, həm İrandakı molla rejiminin sərt üzü, eyni zamanda, beynəlxalq aləmin Güney Azərbaycan məsələsinə gərəkən diqqəti və həssaslığı göstərməsi səbəbindən bugünkü nəticələr elə də ürəkaçan deyil. Bu baxımdan, ənənəvi mübarizə yollarına yenidən baxmaq lazım gələcək”.

“Soydaşlarmızı yalnız buraxmaq olmaz”

Aqil Camal hesab edir ki, güneyli soydaşlarımızı, Milli Hərəkatı fars şovinistlərinin qarşısında yalnız buraxmaq olmaz: “Güney Azərbaycan probleminin, İranda azərbaycanlıların milli haqlarının təmin olunması tələbini yalnız o tayda yaşayan soydaşlarımızın vəzifəsi və məqsədi hesab etmək olmaz. Azərbaycanın işğalçı Ermənistana qarşı apardığı 44 günlük Vətən müharibəsi boyunca, dünya azərbaycanlıları, o cümlədən, güneyli soydaşlarımız bu müharibənin bir parçası olan informasiya savaşında aktiv şəkildə iştirak etdilər.

İstər, Güney Azərbaycan şəhərlərində keçirilən dəstək aksiyaları ilə, istərsə, sosial şəbəkələr vasitəsilə aparılan mübarizə öz nəticəsini verdi. Bu mənada, İranda Azərbaycan türklərinin milli və insani haqlarının təmin olunması işində də 50 milyonluq azərbaycanlının birgə hərəkət etməsi halında, ciddi nəticələrə nail olmaq mümkündür. Güney Azərbaycan məsələsinə beynəlxalq diqqətin artması həmçinin, İran ətrafında cərəyan edən proseslərdən asılı olacaq”.

Rejim öz qəbrini qazır

Aqil Camalın fikrincə, İran hakimiyyəti repressiya siyasəti ilə öz kökünə balta vurur: “Bu cür avtoritar dövlətlərdə qeyri millətlərə qarşı təzyiqlər adi bir şeydir. Çin 30 milyondan çox uyğur türklərinə qarşı amansız repressiya siyasəti aparır. Lakin İran Çin kimi güclü deyil. İran onsuz da supergüclərin hədəfindədir.

Daxildə milli narazılıq yaratmaqla İran rejimi öz ömrünü qısaldır. Bir şeyi dərk etməlidirlər ki, Güney Azərbaycan türkləri artıq oyanıb, hədəflərini müəyyən edib. Çox yaxın zamanlarda Arazın o tayında güclü hərəkatın şahidi olacağıq”.    /Cebhe.info/

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle