Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına – Türk professordan cavab

Peyvənd olunan insanlara çip qoyulacağı iddialarına – Türk professordan cavab

Dünyada koronavirus pandemiyası yayıldığı vaxtdan etibarən tətbiq ediləcək vaksinlə bərabər insanlara çip taxılacağı ilə bağlı ümumi fərziyyələr insanlar arasında geniş yayılmağa başlayıb.

Turkustan.info xəbər verir ki, türkiyəli professor Zəfər Kurugöl bu iddiaları “Hürriyyət” qəzetinə müsahibəsində cavablayıb. Professor iddiaların ümumu fərziyyə olduğunu bildirib:

“Mən belə şayiələri tragikomediya kimi qiymətləndirirəm. Bunu ortalığa atanların ola bilsin ki əylənmək məqsədləri olub, ya da diqqət çəkmək istəyiblər. Bu cür fikirlər cəmiyyətin sağlamlığına zərər vurur. Burada məqsəd insanların fikrini çaşdırmaqdır. İnsanlar peyvənddən qorxmamalıdır”.   /Modern.az/

Paylaş:

Share