22 Yanvar 2021 18:52

Samuel Ramanin: “Son iki ildə Türkiyə ilə İsrail çox yaxşı anlaşır”

“Son iki ildə İsrail Türkiyəyə qarşı təhdidləri dayandırıb. Bu, problemlərin tam aradan qaldırıldığını deməyə əsas vermir. Lakin hər halda münasibətlərin normallaşdırılmasına əsaslı zəmin yaradır. Bununla belə, hazırda iki ölkə arasında kəşfiyyat və hərbi əməkdaşlıq yüksək səviyyədə qurulub”.

Turkustan.info xəbər verir ki, bu fikirləri Oksford Universitetinin tədqiqatçısı Samuel Ramanin bildirib.

O qeyd edib ki, “Türkiyə həm də İranın Suriyadakı təsirinə qarşı dayaqdır. Suriyadakı İsrail-İran qarşıdurmasında Türkiyə həqiqətən son bir ildə çox böyük iş gördü. Bu mənada, Suriyadakı İran vektoru türklərin və israillilərin ortaq dil tapa biləcəyi üçüncü sahə ola bilər. Türkiyənin iqtisadi maraqları da bu bərabərliyə daxildir. Ölkə İsrail ilə əlaqələrin yaxşılaşdırılmasından çox faydalanacaq”.   /konkret.az/

Paylaş: