Təhlükəli 42 gün: Bu müddətdə koronavirusa yoluxmayın

Təhlükəli 42 gün: Bu müddətdə koronavirusa yoluxmayın

Xroniki xəstəliklərin kəskinləşməsi koronavirusa qarşı peyvənd etdirmək üçün əks-göstərişdir.

Turkustan.info xəbər verir ki, bu barədə tanınmış rusiyalı infeksionist Yevgeni Timakov deyib.

O bildirib ki, peyvənd vurulma ərəfəsində insanda soyuqdəymə əlamətləri xəstəlik olmamalıdır. Bura öskürək, asqıraq, hərarət də daxildir. Həmçinin, peyvənd vurulmasından əvvəl bir ay müddətində hansısa xroniki xəstəlik müəyyən edilməməlidir.

Mütəxəssis bildirib ki, peyvənd vurdurmağa 3 gün qalmış və peyvənd vurdurduqdan sonra 3 gün müddətində ağır qidaların qəbulu, həmçinin alkoqol istehlakı qətiyyətlə qadağandır. Allergiyası olan insanlar isə peyvənddən bir gün əvvəl və bir gün sonra təyin olunmuş dərman preparatını qəbul etməlidirilər ki, xoşagəlməz nəticə yaranmasın.

Peyvənddən sonra 42 gün müddətində şəxsdə immunitet yaranır. Buna görə də mütəxəssislər bu müddətdə qaydalara ciddi əməl olunmasını vacib hesab edirlər. Xüsusən də peyvənd vurulduqdan sonra 42 gün kritik hesab olunduğuna görə bu müddətdə koronavirusa yoluxmamağa xüsusi diqqət olunmalıdır. /Cebhe.info/

 

Paylaş:

Share