Zəngəzurun qubernatoru ermənilərin son ümidini də qırdı

Zəngəzurun qubernatoru ermənilərin son ümidini də qırdı

Sünik (Zəngəzur) vilayətinin Şurnux (Bərgüşad) kəndindəki 11 ev yanvarın 5-dək Azərbaycanın nəzarətinə keçəcək.

Turkustan.info xəbər verir ki, bunu vilayətin qubernatoru Melikset Poqosyan deyib.

Məlumata görə, Azərbaycan hərbçiləri sakinlərə kəndi tərk etmək üçün sonuncu dəfə vaxt verdikdən sonra Qubadlı rayonuna məxsus olan bu ərazidə qanunsuz olaraq məskunlaşan ermənilər etiraza qalxaraq, Gorus-Qafan yolunu bir neçə saat ərzində kəsiblər. Bununla onlar Ermənistan hakimiyyətinin hərəkətsizliyinə etiraz ediblər.

Qubernator deyib ki, ilk günlər söhbət kəndin 12 evinin təhvil verilməsindən gedirdi. Ancaq yekunda onlar 12 evdən yalnız birini saxlaya biliblər. Beləliklə, qalan 11 ev 5 yanvaradək boşaldılmalı, qarşı tərəfə təhvil verilməlidir.

Poqosyan deyib ki, hakimiyyət evləri saxlamaq üçün hər şeyi edib, ancaq istəyinə nail ola bilməyib. Rusiyanın vasitəçiliyi ilə sənədlər əsasında danışıqlar aparılıb və yekun nəticə əldə olunub. Qubernator bildirib ki, evsiz qalan ailələr üçün modul evlər tikiləcək, sonra isə onlar mənzillə təmin olunacaqlar. Bildirib ki, beləliklə, Şurnuxdakı 45 evdən 34-ü qalıb. Evlərdən biri Azərbaycanla sərhədin 100 metrliyindədir. Ancaq əlavə edib ki, sərhədi təkcə ermənilər yox, həm də rusiyalı sərhədçilər qoruyur. Bununla da yerli sakinləri sakitləşdirməyə çalışıb.

Qeyd edək ki, 1993-cü ildə Qubadlı rayonu işğal ediləndən sonra Ermənistan öz sərhədlərini Azərbaycan ərazilərinin içərilərinə doğru genişləndirib və burada qanunsuz məskunlaşdırma aparıb. Ancaq 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Ermənistanla sərhəddə demarkasiya işləri aparılır ki, bu zaman qanunsuz məskunlaşan ermənilərin çıxarılması qəti şəkildə tələb olunur.   /Musavat.com/

 

Paylaş:


takipçi satın al instagram takipçi satın al twitter takipçi satın al tiktok takipçi satın al youtube abone satın al facebook takipçi satın al twitch takipçi satın al porno izle