22 Yanvar 2021 19:28

Baydenə qarşı bunu etmək doğru deyil – Akar

Bayden administrasiyasına qarşı indidən qılınc çəkmək doğru deyil. Prosesi izləmək və buna uyğun bir üsul təyin etmək faydalıdır.

Turkustan.info xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar “Hürriyyət” qəzetinə açıqlamasında deyib.

“PKK YPG-yə bərabərdir. Biz gözləyirik ki, bu terror qruplaşmalarına silah-sursat və digər dəstək dayandırılsın. ABŞ-la illərdir ki, münasibətlərimiz var. Onlardan FETÖ-nu istədik, verdilərmi? Yox! Yüzlərlə detal arasından S-400 mövzusunu qabartmaqla nəyəsə nail olmaq mümkün deyil. S-400 bizim üçün seçim deyil, zərurətdir. 83 milyon vətəndaşımızın təhlükəsizliyi sual altındadır”, – Akar bildirib.   /Axar.az/

Paylaş: