22 Yanvar 2021 20:26

Bu cihaz koronavirusu 10 saniyəyə müəyyən edəcək – Foto

Türkiyəli alimlər qabaqcıl optik texnologiyadan istifadə edərək cəmi 10 saniyədə koronavirus infeksiyasını müəyyən edən cihaz hazırlayıblar.  

Turkustan.info xəbər verir ki, bu barədə cihazın hazırlandığı Bilkent Universitetinin rəsmi veb-saytında məlumat verilib.

“Bu cihazla ağız suyundan götürülən nümunədə ən geci 10 saniyə ərzində COVID-19 infeksiyasına səbəb olan virusu aşkar etmək olar”, – deyə açıqlamada qeyd olunub.

Cihaza “Diagnovir” adı verilib.

Cihaz aparılan pre-klinik tədqiqatlarda virusların aşkarlanmasında 99% effektivlik göstərib.

Bu cihaz koronavirusu 10 saniyəyə müəyyən edəcək  - Foto

/Yenisabah.az/

Paylaş: