19 Yanvar 2021 05:13

Ukrayna “Bayraqdar”dan burada istifadə edəcək

Cari ildə Türkiyədən alınması planlaşdırılan “Bayraqdar” zərbə pilotsuz uçuş aparatları Qara dəniz və Azov əməliyyat zonalarında vəziyyəti müşahidə altında saxlayacaqlar.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Aleksey Neijpapa deyib.

Onun sözlərinə görə, Ukrayna Hərbi Dəniz Qüvvələri, həmçinin Türkiyə istehsalı olan ADA korvetlərini də almağı nəzərdə tutur.   /Axar.az/

Paylaş: